Dünya

Tramp Putinlə danışacağını açıqlayıb…


…ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.

SİA-nın məlumatına görə, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.

…Bazar ertəsi Moskva vaxtı ilə saat 10:00-da Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağam.

Bunu Amerika lideri yazıb.

Tramp aydınlaşdırıb ki, o, rusiyalı həmkarı ilə Ukrayna münaqişəsinə son qoyulması və ticarət məsələlərini müzakirə etməyi planlaşdırır.

O, həmçinin Putinlə söhbətindən sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng etmək niyyətində olduğunu da açıqlayıb.

…Ümid edirəm ki, bu məhsuldar gün olacaq, atəşkəs əldə olunacaq və heç vaxt baş verməməli olan bu amansız müharibə bitəcək, – Tramp əlavə edib.

Bundan əvvəl Tramp Putinin Ukrayna münaqişəsindən bezdiyini bildirmişdi.

Onun sözlərinə görə, Rusiya lideri “çox yaxşı görünmür”. O, rus ordusunun Kiyevə cəmi 5 saata çata biləcəyi barədə fikirlərini də bölüşüb.

Əli Babayev