Dünya

Dörd yaşlı uşaq limonad içmək istəyib və zəhərlənib…


Orenburq vilayətində dörd yaşlı uşaq limonad əvəzinə benzin içib və zəhərlənib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Rusiya regionu üzrə mətbuat xidməti məlumat yayıb.

Uşaq valideynləri ilə birlikdə nənəsini ziyarətə gəlib. O, böyüklərin nəzarəti ilə həyətə çıxıb və orada plastik şüşə limonad tapıb. Oğlan ondan üç qurtum içib və sonra bu barədə anasına danışıb.

Benzin içən uşaq xəstəxanaya yerləşdirilib və artıq bütün lazımi tibbi yardımlar göstərilib.

Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Bundan əvvəl Çuvaşiyada Şumerlya şəhərindəki 8 saylı gimnaziyada onlarla uşaq zəhərlənib.

41 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edib. Onlardan biri yaşlı olmaqla 33 nəfər ambulator müalicə alır.

Nazlı Almuradova