Dünya

Tramp ilə Putin arasında telefon danışığı keçirilir


ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı keçirilir.

SİA-nın məlumatına görə, bunu Ağ ev rəsmisi CNN-ə təsdiqləyib.

Daha əvvəl də ABŞ Prezidentinin açıqladığı kimi, telefon danışığı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə müzakirələr aparmaq məqsədi daşıyır.

Putin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıb.