Dünya

Zelenski Rusiya ilə daimi danışıqlar qrupu yaradır…


…Vladimir Zelenski Rusiya ilə daimi genişləndirilmiş danışıqlar qrupunun yaradılmasına göstəriş verib.

SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında bildirib.

Zelenski qeyd edib ki, o, mayın 19-da diplomatik işlərlə bağlı iclas keçirib və bu iclasda Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun İstanbulda Rusiya Federasiyası ilə danışıqlara dair hesabatını dinləyib.

…Daimi genişləndirilmiş milli danışıqlar qrupunun yaradılması tapşırıldı.

Bunu deyən Zelenski iştirakçıların tərkibini açıqlamayıb, Kiyevin Moskva ilə birbaşa təmaslara və “əsas məsələlərin həlli üçün liderlər səviyyəsində görüşə” hazır olduğunu qeyd edib.

Xatırladaq ki, İstanbuldakı danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinə RüstemUmerov, xarici işlər nazirinin birinci müavini Serhiy Kislytsya, Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müavini Aleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini Oleq Luqovskoy, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Oleksiy Şevçenko və Kəşfiyyat İdarəsinin direktor müavini S.Vabitski daxil idi.

Əli Babayev