Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir
Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan investorlar investisiya layihələrində iştirak baxımından Şimali Qafqaz Federal Dairəsinin regionlarına maraq göstərirlər. SİA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, ötən il Çeçenistanda keçirilən Qafqaz İnvestisiya Forumuna 33 ölkədən nümayəndə heyətləri gəlib.
“Biz ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Azərbaycan tərəfindən marağı görürük. Yəni yaxınlıqda olan qonşular. Bu, təkcə turizmə deyil, həm də kənd təsərrüfatına, sənayenin inkişafına müxtəlif sektorlara qoyulan sərmayədir”, – deyə baş nazirin müavini qeyd edib.
A.Novakın sözlərinə görə, ən çox maraq xizək klasterləri, xüsusən də Qaraçay – Çərkəzdəki “Arxız” kurortunadır.