Dünya

Xəzər interkonnektorunu tamamlamaq ABŞ-ın marağındadır


ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verib.

Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda qaz kəmərinin kifayət etdiyini deyib. O, bu interkonnektoru tamamlamağın ABŞ-ın marağında olub-olmadığını Marko Rubiodan soruşub.

“Düşünürəm ki, bəli. Mən bu 20 mil ilə bağlı mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, – deyə ABŞ Dövlət katibi cavabında bildirib.