Dünya

Çin ABŞ-ın “Qızıl qübbə”sindən narahatdır
…





Pekin Trampı bu ideyadan əl çəkməyə çağırır



…Çin ABŞ-ın “Qızıl qübbə” raketdən müdafiə layihəsindən “ciddi narahatdır”.

SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ninq brifinq zamanı bildirib.

O qeyd edib ki, “Qızıl qübbə” kosmosun militarizasiyası və silahlanma yarışı risklərini artırır.

…Birləşmiş Ştatlar “əvvəlcə ABŞ” siyasətini həyata keçirərək, özü üçün mütləq təhlükəsizliyə can atır. Bu, bütün ölkələrin təhlükəsizliyinin pozulmaması prinsipini pozur və qlobal strateji tarazlığı və sabitliyi pozur. Çin bundan ciddi şəkildə narahatdır.

Bunu mətbuat katibi bildirib.

Mao Ninq də Vaşinqtonu sistemin inkişafından tez bir zamanda imtina etməyə və böyük dövlətlər arasında etimadı gücləndirmək üçün tədbirlər görməyə çağırıb.

Əli Babayev