Kuba Prezidenti İlham Əliyevi təbrik edib
Kuba Prezidenti Migel Dias Azərbaycanın milli bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.
Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.