Sumqayıtda 8 min 500 abonentin qazı kəsiləcək
Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.