Dünya

Təyyarədə sərxoş qadın sərnişin qəza lyukunu açmağa çalışıb…


Kalininqraddan Sankt-Peterburqa uçan təyyarənin sərnişinlərindən biri qəza lyukunu açmağa cəhd edib; o sərxoş olub.

SİA xəbər verir ki, RİA Novosti bu barədə hadisənin baş verdiyi təyyarənin sahibi olan Smartavia şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qadın sərnişinlər salonda əyləşdikdən sonra təyyarənin qəza lyukunu açmağa cəhd edib. Onun hədəfi təyyarənin qanadına aparan lyuk idi, lakin stüardessalar ona planlaşdırdıqlarını etməyə imkan verməyiblər.

…Polis dəstəsi çağırılıb.

Smartavia-nın mətbuat xidməti xəbər verir ki, qaydanı pozan sərnişin (xanım sərxoş olub) uçuşdan çıxarılıb. Göyərtəsində sərnişinlərin olduğu təyyarə təyinat yerinə – Pulkovo hava limanına yola düşüb.

TASS xəbər verir ki, sərnişinə qarşı sərxoş vəziyyətdə ictimai yerlərdə görünmə maddəsi ilə inzibati iş başlanıb.

Onu 15 günə qədər həbs gözləyir.

Hazırda istintaq-əməliyyat tədbirləri aparılır, onun nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Nazlı Almuradova