Dünya

Avropa ölkəsi pensiya yaşının 70-ə qaldırır…


…Danimarka parlamenti cümə axşamı, mayın 22-də pensiya yaşını mərhələli şəkildə 70 yaşa qaldıran qanun layihəsini təsdiqləyib.

SİA-nın məlumatına görə, bu barədə “İnterfaks” mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, qanun layihəsinin lehinə 81 deputat, əleyhinə isə 21 deputat səs verib.

Plana görə, pensiya yaşı mərhələli şəkildə artırılacaq: 2030-cu ilə qədər 68 yaşa, 2035-ci ilə qədər 69 yaşa, 2040-cı ilə qədər 70 yaşa çatacaq.

Hazırda Danimarkada insanlar 67 yaşında pensiyaya çıxırlar. Bu ideyanın tərəfdarları pensiya yaşının artırılması zərurətinin ölkədə gözlənilən ömür uzunluğunun artması ilə bağlı olduğunu müdafiə ediblər.

Jurnalistlər qeyd ediblər ki, ilkin olaraq 2035-ci ilə qədər pensiya yaşının 72 yaşa qaldırılması məsələsi parlamentdə qaldırılıb.

Ekspertlərin fikrincə, pensiya yaşının artırılması təcrübəsi demək olar ki, bütün Avropa ölkələrinə yayılıb.

Beləliklə, 2030-cu ilə qədər Almaniyada həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 67 olacaq.

Almaniyanın Berlin İqtisadi Tədqiqatlar İnstitutu (DIW) artıq ölkədə pensiya yaşının 70 yaşa qaldırılması ilə bağlı geniş müzakirələrin başlanmasının tərəfdarıdır.

Səbəb orta ömür uzunluğunun artması və əhalinin sürətlə qocalmasıdır.

Əli Babayev