Siyasət

Bakıda MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir


Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 29-cu iclası keçirilir. SİA xəbər verir ki, iclasda üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və onların miqrasiyanın müxtəlif sahələrinə dair təcrübələri, miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunacaq.

Bununla yanaşı, iclasda MDB iştirakçısı olan dövlətlərin miqrasiya sahəsində qəbul edilmiş dövlətlərarası və hökumətlərarası sənədlərinin həyata keçirilməsinin icra vəziyyəti barədə məruzələrin dinlənilməsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarların qəbulu gözlənilir.

Qeyd edək ki, 8 dövlətin təmsil olunduğu MORŞ 2007-ci il oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının qərarı əsasında yaradılıb.