Dünya

Makron Fransa və Çinin Ukraynadakı ortaq məqsədlərindən danışıb


Paris və Pekin Ukraynada mümkün qədər tez atəşkəsin yaradılmasının tərəfdarıdır.

SİA-nın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra deyib.

Siyasətçinin sözlərinə görə, Çin və Fransa Ukraynadakı münaqişə ilə bağlı bir ümumi məqsəd güdürlər.

…Güclü və etibarlı sülh. O, dərhal və qeyd-şərtsiz atəşkəslə başlayır, – o, X səhifəsində yazıb.

Mart ayında Makron bildirmişdi ki, Çin prezidenti Si Cinpin Ukraynada sülhün möhkəmləndirilməsində çox fəal rol oynaya bilər.

Fransa lideri həmçinin Çin rəhbərinin Braziliya ilə götürdüyü sülh təşəbbüsünün əhəmiyyətini qeyd edib.

Əli Babayev