Dünya

Somalidə aclıq fəlakətli həddə çatır…


…Somali dünyada iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən birinə çevrilib.

SİA-nın məlumatına görə, AFP xəbər verir ki, son beş ildə regionda son 40 ilin ən pis quraqlığı və bir əsrin ən pis daşqınları baş verib.

Hava şəraiti onsuz da yoxsulluqdan və 30 illik vətəndaş müharibəsindən və siyasi qeyri-sabitlikdən əziyyət çəkən Somalililər üçün yeni problem yaradıb.

…Güclü yağışlardan sonra evi çılpaq əllərimizlə kirdən təmizləmək məcburiyyətində qaldıq. Evləri tamamilə dağılmış bəzi ailələr tərk etmək məcburiyyətində qaldılar və geri qayıdacaq yerləri olmadı. Yağışlar davam edir və tezliklə özümüzü eyni vəziyyətdə görəcəyik.

Bunu 43 yaşlı Somali sakini Məhəmməd Abdulkadir Tisto deyir.

Tistonun yaşadığı Maqadişo bölgəsində son bir ayda 24 min insan daşqınlardan zərər çəkib, 17 nəfər ölüb.

Qeyd edilməlidir ki, son illərdə Somaliyə humanitar yardımlar kəskin şəkildə kəsilib.

Əvvəllər ölkəyə hər il 1,6 milyard dollar humanitar yardım göndərən USAID indi əvvəlki həcmlərinin yalnız 12 faizini çatdırır.

…Vəziyyət çox, çox sürətlə pisləşir. Bizim imkanımız olduğuna əmin deyilik.

Bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının sözçüsü Sara Cuevas Gallardo deyir.

…Hazırda Somalidə 1,8 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir, onlardan 479,000-i aclıq riski altındadır və yardım almasalar, ölə bilərlər.

Nazlı Almuradova