Dünya

“Ukraynaya “1000-ə 1000” mübadiləsi üçün siyahı verilib


Rusiya Ukraynaya “1000-ə 1000” düsturuna əsasən mübadilə üçün insanların siyahısını verib, indi Moskva Kiyevdən də eyni siyahını gözləyir.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. …Biz, həqiqətən də, öz siyahımızı keçdik. Hələ ki, Kiyevdən əks siyahı almamışıq. Gözləyirik , – deyə “İnterfaks” onun sözlərini sitat gətirib.

Mayın 16-da İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna ilə “1000-ə 1000” düsturuna əsasən əsir mübadiləsinin hazırlandığını bəyan edib.

Əli Babayev