Dünya

Zelenski və Vuçiç əməkdaşlığa razılaşıblar…


Ukrayna prezidenti Vladimir Zelenski serbiyalı həmkarı Aleksandr Vuçiç ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.

…Xüsusilə, biz Ukrayna-Cənub-Şərqi Avropa formatında qarşılıqlı fəaliyyətdən danışdıq. Biz onu inkişaf etdirəcəyik ki, onun effektivliyi daha da artsın.

Bunu yazan Zelenskinin sözlərinə görə, görüşdə dövlət başçıları qrafiki razılaşdırıblar və əlaqə saxlamağa razılaşıblar.

Daha əvvəl Vuçiç Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə danışıqlar zamanı “masa altında gizlənməyəcəyini” bildirmişdi. Prezident əlavə edib ki, onun mayın 9-da Moskvaya səfəri ilə bağlı artıq səmimi söhbət olub.

Əli Babayev