Siyasət

Məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı xüsusi sənədli filmin çəkilməsi təklif olunur


Azərbaycana qarşı separatizmdə ittiham edilən ermənilərin məhkəməsindən xüsusi sənədli film çəkilməlidir. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, film Azərbaycan tarixi üçün önəmlidir:

“Həmçinin təklif edirəm ki, həmin məhkəmələrə beynəlxalq ekspert və hakimlər də dəvət olunsun. Bu, ermənilərin törətdiyi cinayətlərin dünyaya çatdırılması üçün vacibdir”.