Moskva vilayətində anbarda güclü yanğın baş verib…
Moskva vilayətinin Kotelniki şəhərində anbarda güclü yanğın baş verib.
SİA-nın məlumatına görə, bu barədə Gazeta.ru Telegram kanallarına istinadən xəbər verir.
Mövcud məlumata görə, Silikat rayonunda topdansatış ərzaq anbarının binası yanır.
Yanğın sənaye məhəlləsində baş verib. Yanğının səbəbləri hələlik məlum deyil, tələfat barədə məlumat yoxdur. Bundan əlavə, internetdə hadisələrin baş verdiyi yerdən kadrlar da peyda olub. Onlar yerdən onlarla metr yüksəkliyə qalxan nəhəng qara tüstü sütununu göstərirlər.
Bundan əvvəl Moskvada çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 7 nəfər xəsarət alıb.
Əli Babayev