Dünya

Tərəflər arasında əsir mübadiləsi keçiriləcək…


Ukrayna Prezidenti Volodimir Zelenski “1000-in 1000-ə” formatında Rusiya ilə əsir mübadiləsinin birinci hissəsinin aparıldığını təsdiqləyib.

SİA xəbər verir ki, o, bu barədə Telegram kanalında bildirib.

“Bu razılaşma Türkiyədəki görüşdə əldə edilib və bunu tam həyata keçirmək vacibdir”, – Zelenski deyib.

Zelenski bütün vasitəçilərə təşəkkür edib. Onun sözlərinə görə, əsir mübadiləsinin növbəti mərhələləri mayın 24 və 25-də keçiriləcək.