Tramp Putinə heyran olsa da, Zelenskiyə nifrət edir..?
…ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə heyran olsa da, Ukrayna lideri Vladimir Zelenskiyə nifrət edir.
SİA-nın məlumatına görə, Ağ Ev rəhbərinin iki siyasətçiyə münasibətini Berlin Elm və Siyasət Fondunun (SWP) Şərqi Avropa və Avrasiya tədqiqat qrupunun baş elmi işçisi Sabine Fişer Der Spiegel-ə müsahibəsində açıqlayıb.
…Tramp Putinə heyran olsa da, onun bir neçə dəfə nümayiş etdirdiyi Zelenskiyə hörmətsizlikdən başqa heç nə yoxdur.
Bunu alman analitik deyib.
Onun sözlərinə görə, vəziyyət elədir ki, Amerika lideri ilə Rusiya prezidenti arasında şəxsi təmas Kiyev baxımından təhlükəlidir, çünki birincinin Moskvaya güzəştə getməsi təhlükəsi var.
Fişer onu da qeyd edib ki, Tramp üçün Rusiya ilə münasibətlərin normallaşdırılması Ukraynadakı münaqişənin həllində vasitəçilikdən daha vacibdir. O, ABŞ prezidentinin Ukrayna məsələsinin Rusiya ilə münasibətlərin bərpasına mane olacağı təqdirdə bu məsələdə vasitəçilikdən imtina edəcəyini istisna etməyib.
Əli Babayev