İdman avtomobilindən yalnız yanmış cəsəd qalıb…
…Artıq qeyd edildiyi kimi, Moskvaya gedən pullu yolda, Odintsovo yaxınlığında McLaren 720S yanıb. Maşın şlaqbasa çırpılaraq alovlanıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə danışan insayderin sözlərinə görə, avtomobil 44 yaşlı yarışçı Vasili Kudenkoya məxsusdur və çox güman ki, o, sükan arxasında olub.
Qeyd edək ki, idman avtomobilindən yalnız yanmış cəsəd qalıb.
Sürücünün vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Qəzanın səbəbləri araşdırılır.
Bundan əvvəl 5-tv.ru telekanalı Tulanın Lenin prospektində dörd avtomobilin toqquşması barədə məlumat vermişdi.
Nəticədə bir qadın ölüb, daha bir nəfər isə ağır bədən xəsarətləri alıb.
İlkin məlumata görə, “Chevrolet Camaro”nun sürücüsü qarşıdan gələn zolağa çıxıb və “Toyota Camry” markalı avtomobilə çırpılıb.
Zərbə “Toyota”nı “Lada Granta”nın, sonra isə “Mercedes-Benz”in üzərinə atıb.
“Camry”də olan sərnişin hadisə yerində dünyasını dəyişib.
Bu avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Nazlı Almuradova