Keşiş rus qadınlarının müsəlmanlarla evlənməsinin səbəbini açıqlayıb…
…Moskva yaxınlığındakı Naxabinodakı Müqəddəs Georgi kilsəsinin rektoru, keşiş Pavel Ostrovski Sputnik radiosunun efirində rusiyalı qadınların müsəlmanlarla evləndiyini bildirib.
Onun fikrincə, bu, guya həmyerlilərinin, yəni rus oğlanlarının ailə qurmaq istəməməsi ilə bağlıdır.
…Kişilər bir çox səbəb tapırlar: ya pul yoxdur, ya iş, ya da ana icazə vermir. Bu, “üçrəngli tərəvəz anbarı” olur – məsuliyyət əvəzinə bərbərxana və idman zalları seçən insanlar.
SİA-nın məlumatına görə, bu, keşişin gəldiyi qənaətdir.
Maraqlıdır ki, keşiş Ostrovskinin mövqeyi tənqidlərə səbəb olub.
…Müharibə müxbiri Yuri Kotenok onun açıqlamalarını təhqiramiz adlandırıb.
…Bütün kişiləri, xüsusən də qəhrəmanlıq nümayiş etdirdikləri xüsusi hərbi əməliyyat kontekstində ümumiləşdirmək yolverilməzdir.
Bunu Kotenok deyib.
…Fevralın 11-də Ostrovski bildirib ki, guya vətənpərvərlik tərbiyəsi pravoslavlıqla bağlıdır.
Keşiş skaut hərəkatı ənənəsini – Naxabino kilsəsində “Bazar günü məktəbi” formatını necə inkişaf etdirdiyini söyləyib. Tələbələr gəzinti zamanı təkcə gündəlik işlərin öhdəsindən gəlməyi deyil, həm də pravoslavlığın əsaslarını dərk etməyi öyrənirlər.
Ata Pavelin dediyinə görə, kilsədə belə bir ənənə hətta ilk rektor Ata Georginin dövründə də mövcud olub.
Əli Babayev