Dünya

Misirdə cərrah balığı rus qadına hücum edib…


…Misirdə istirahət edən rusiyalı turist cərrah balığın hücumuna məruz qalıb.

SİA xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Qız Qırmızı dənizdə çimərkən ayağında kəskin ağrı hiss edib. Üzərində kəsilmiş yara var idi və yaxınlıqda bir cərrah balıq üzürdü.

Xəstəxananın həkimləri yaraya tikiş tikərək rus qadına antibiotik və ağrıkəsici dərmanlar veriblər.

Zərərçəkən təsirlənmiş ayağın şişkinliyindən və istilikdən şikayətlənir.

Görüntülərdə sarğılı və şişmiş ayaq görünür. Turist yoluxma riskinin qarşısını almaq üçün xəstəxanaya müraciət etməyi planlaşdırır. Cərrah balıqlarının onurğaları zəhərli selik ifraz edir.

Bundan əvvəl İndoneziyanın Bali adasında rus turistləri zəhərli ilanların dişlədiyi bildirilirdi….

Nazlı Almuradova