Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3 min 600 manat dəyərində telefonunun oğurlanmasını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşlı V.Kərimov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.