Siyasət

Türkiyə Prezidenti Gürcüstan Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyasından məlumat verilib.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan təbrikində iki ölkə arasındakı strateji tərəfdaşlığa diqqət çəkib.

“İnanıram ki, bir-birini strateji tərəfdaşlıq bağlayan ölkələrimiz regionun uğurları, sabitliyi və dirçəlişi üçün indi olduğu kimi gələcəkdə də birgə səylər göstərəcəklər”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan dost Gürcüstan xalqına firavanlıq arzulayıb.