Dünya

“Britaniya hakimiyyətinə etibar etmək olmaz…”


…Rusiya prezidenti Vladimir Putin danışıqlar üçün Vatikana gedərkən Britaniya ona sui-qəsd təşkil edə bilər.

SİA-nın məlumatına görə, bunu NEWS.ru-ya açıqlamasında Dövlət Dumasının deputatı Andrey Kolesnik bildirib.

…Britaniyalılar asanlıqla Putinin təyyarəsini vura bilər. Bunlar dost olmayan ölkələrdir, o, belə təxribatın təşkil oluna biləcəyini etiraf edib.

Deputatın fikrincə, Britaniya hakimiyyətinə etibar etmək olmaz və həmişə Rusiyaya qarşı “alçaqlıq etməyə hazırdır”. Andrey Kolesnik xatırladıb ki, müxtəlif tarixi dövrlərdə məhz bu baş verib.

Bundan əvvəl Britaniyaya Krım müharibəsinin nəticələri xatırladılıb.

Dövlət Dumasının Krım Respublikasından olan deputatı Leonid İvlev hərbi kampaniya nəticəsində öz itkilərini qeyd edib.

Əli Babayev