Gürcü müğənnisi rus bayrağını təhqir etdiyinə görə…
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Gürcüstandan olan ifaçının Rusiya bayrağını təhqir etməsi ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.
SİA xəbər verir ki, bu barədə Lenta.ru-ya idarədən məlumat verilib.
İstintaqın məqsədi təqsirkarların qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi olmalıdır.
Xatırladaq ki, bundan əvvəl gürcü müğənnisi Erekle Getsadzenin Tbilisi Open Air festivalında çıxışı zamanı Rusiya bayrağını təhqir etdiyi və videoya çəkildiyi bildirilmişdi.
Əli Babayev