Dünya

Vladimir Zelenski fərman imzalayıb…


Vladimir Zelenski Rusiya və Ukraynadan olan 10 şəxsə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazıb. Sanksiya tətbiq edilənlər arasında Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi Əhməd Dudayev, Ukraynanın “Motor Siç” şirkətinin keçmiş rəhbəri Vyaçeslav Boquslayevin oğlu Aleksandr və Radanın keçmiş deputatı İqor Mosiyçuk da var. …Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı sanksiyalar əlavələrə uyğun olaraq fiziki və hüquqi şəxslərə tətbiq edilsin.

Fərmanda deyilir.

Qeyd olunur ki, sanksiyaların tətbiqi ilə bağlı təkliflər Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən verilib. Məhdudlaşdırıcı tədbirlər “qeyri-müəyyən müddətə, 10 il müddətinə” tətbiq edilir.

Bundan əvvəl Zelenski dörd ölkədə – Rusiya, Çin, Özbəkistan və İranda qeydiyyatdan keçmiş 74 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Əli Babayev