Dünya

Xavi Səudiyyə Ərəbistanı klubundan rəsmi təklif alıb


İspaniyanın “Barselona” klubunun sabiq baş məşqçisi Xavi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. SİA-nın “Foot Mercato”ya istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis “Əl-Əhli” klubundan rəsmi təklif alıb.

Hazırda komandanın baş məşqçisi Mattias Yayssledir. Lakin rəhbərlik mövsüm başa çatdıqdan sonra almaniyalı mütəxəssislə yolları ayırmağı düşünür.

Hazırda Səudiyyə Ərəbistanı çempionatında beşinci yerdə olan komanda, həmçinin Asiya Çempionlar Liqasının qalibi adını qazanıb.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrında “Barselona”dan ayrılıb. 45 yaşlı mütəxəssis ötən ilin yayından işsizdir.