Dünya

“ABŞ prezidenti Rusiyanı tənqid etməkdən hərəkətə keçməlidir…”



Makron Trampı Rusiyaya sanksiyalarla təzyiq göstərməyə çağırıb…



…Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Rusiyaya qarşı “qəzəbinin” hərəkətə keçəcəyinə ümid edir.

SİA-nın məlumatına görə, BFM TV xəbər verir ki, o, bunu Vyetnama səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

…Ümid edirəm ki, Trampın ifadə etdiyi və bizim paylaşdığımız qəzəb ABŞ-a avropalılarla birlikdə Rusiyanı cilovlamaq və nəhayət, münaqişəyə son qoymağa imkan verəcək tamamilə fərqli və daha iddialı sanksiyalar paketini təhdid etməyə imkan verəcək, – deyə Makron bildirib.

Söhbət Trampın Rusiyanın Ukraynadakı hədəflərə, o cümlədən “İsgəndər” kompleksindən istifadə etməsinə reaksiyasından gedir.

Buna cavab olaraq Amerika prezidenti bəyan edib ki, hazırda Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanını “mütləq” nəzərdən keçirir.

Əli Babayev