Siyasət

BMT rəsmisi bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb


İslamofobiya ilə mübarizə üzrə BMT-nin xüsusi nümayəndəsi Migel Anxel Moratinos bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb. SİA-nın məlumatına görə, o, bu barədə Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarına video müraciətində bildirib.