Məhbus valideyni Prezidentə öz təşəkkürünü belə bildirdi
“Oğlumun azadlığa çıxmağa 8 ayı qalmışdı. 9 il idi ki, məhbus həyatı yaşayırdı”. Bu sözləri SİA-ya açıqlamasında məhbus valideyni Əşrəf Abbasov deyib.
O Prezident İlham Əliyevə təşəkkür edərək deyib: “Ölkə başçımıza minnətdarıq ki, həm məhbusları, həm də onların ailələrini sevindirir. Bizim Prezidentimiz hər zaman humanist addımlar atmışdır. Allah Prezidentimizi və Onun ailəsini qorusun. Mən şəxsən bu əfv sərəncamının olacağını gözləyirdim. Çox şükür ki, əfv sərəncamı verildi və oğlum çıxandan sonra onu evimə aparacam, ailəsinə qovuşacaq”.