Tramp ölümlə hədələndi
ABŞ vətəndaşı ABŞ-ın Təl-Əvivdəki səfirliyini partlatmağı planlaşdırmaqda şübhəli bilinərək Nyu-York hava limanında həbs edilib. SİA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, həmin şəxs mayın 19-da İsraildə diplomatik missiyanın binası qarşısında mühafizəçi ilə qarşıdurmadan sonra saxlanılıb. Axtarış zamanı həmin şəxsin üzərində “Molotov kokteyli” kimi tanınan evdə hazırlanmış üç primitiv yandırıcı vasitə aşkar edilib. Sosial şəbəkələrdə şübhəli şəxs Təl-Əvivdəki səfirliyi yandırmaq istədikdən sonra ABŞ və Qərbə qarşı etiraz çağırışları da dərc edib, həmçinin Ağ Ev rəhbəri Donald Trampın həyatını təhdid edib.
Mayın 21-də İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı Vaşinqtonda Yəhudi Muzeyi qarşısında hücuma məruz qalıb. Polisin məlumatına görə, hücumu Fələstinə dəstək şüarları səsləndirən 30 yaşlı Çikaqo sakini həyata keçirib. ABŞ prezidenti Donald Tramp hadisəni antisemitizm aktı adlandırıb və diplomatların ailələrinə başsağlığı verib.