Siyasət

Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qatıldı


Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayraqqaldırma aksiyası keçirilib. SİA xəbər verir ki, tədbir haqqında Türkiyənin Toronto Baş Konsulluğu rəsmi hesabından paylaşım edib: “Azərbaycan-Kanada icması ilə birgə Kanadalı Azərbaycanlılar Şəbəkəsinin təşkil etdiyi bayraqqaldırma mərasimində Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü qeyd etdik”, – deyə paylaşımda bildirilib. Mərasimdə Türkiyənin Toronto Baş konsulu Can Yoldaş da iştirak edib.