Dünya

Çində partlayışda 5 nəfər ölüb, 6 nəfər itkin düşüb


Çinin Şandon əyalətində kimyəvi məhsullar zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 11:57-də (Bakı vaxtı ilə 7:57) Qaomi şəhərində baş verib. Partlayış nəticəsində 19 nəfə xəsarət alıb.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Fövqəladə hallar nazirinin müavini Hu Minlanın rəhbərlik etdiyi axtarış-xilasetmə əməliyyatına 232 nəfər canlı qüvvə, 55 texnika cəlb olunub. Ətraf ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.