Dünya

Rusiya və Ukrayna arasında növbəti danışıqlar Cenevrədə baş tuta bilər…


Cenevrədə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi baş tuta bilər.

SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Fox News telekanalına müsahibəsində bildirib.

O bildirib ki, Ağ Ev Kiyevdən münaqişənin həlli üçün şərtlərin siyahısını alıb.

İndi Amerika tərəfi Moskvadan müvafiq sənəd gözləyir.

ABŞ təklifləri bir araya gətirəcək, ondan sonra danışıqlar aparılmalıdır.

…Növbəti görüş, düşünürük ki, ola bilsin, Cenevrədə baş tutacaq. Mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Görüş zamanı tərəflər atəşkəs planlarının mübadiləsi, əsir götürülmüş hərbi qulluqçuların “1000-ə 1000” formatında mübadiləsi barədə razılığa gəliblər və iki dövlət başçıları arasında mümkün görüşü müzakirə ediblər.

Mayın 27-də Türkiyənin “Hürriyet” qəzeti yazıb ki, Türkiyə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsini keçirməyə və istənilən dəstəyi verməyə hazırdır.

Əli Babayev