Dünya

Sarayevoda miqrant düşərgəsində atışma olub, 6 nəfər yaralanıb


Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun yaxınlığındakı “Blazuj” miqrant qəbulu mərkəzində atışma baş verib.

SIA xəbər verir ki, təhlükəsizlik qüvvələri atışma nəticəsində 6 nəfərin yaralandığını və onların xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralılardan biri Pakistan, digər beş nəfər isə Əfqanıstan vətəndaşıdır. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb.

Atışmanın miqrant düşərgəsindəki cinayətkar dəstələr arasında baş verdiyi bildirilir.