Siyasi partiyalara ayrılmış vəsaitin hamısı xərclənib
2024-cü ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin hamısı xərclənib. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən Milli Məclisində təmsil olunan, habelə Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların maliyyələşdirilməsinə 5 milyon manat məbləğində maliyyə yardımı ayrılıb.
Ayrılan maliyyə tam icra olunub.