Siyasət

Azərbaycanla əməkdaşlıq dinamik xarakter daşıyır


Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bolqarıstan 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir”, – paylaşımda vurğulanıb.