Dünya

ABŞ silah alışı sisteminə yanaşmasını dəyişir


ABŞ Ukraynadakı müharibə təcrübəsini öyrənir və silah alışı sisteminə yanaşmasını dəyişir. SİA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

“Bir çoxlarınız kimi biz də Ukrayna müharibəsindən öyrəndik ki, müharibənin xarakteri sürətlə dəyişir. Biz artıq müdafiə satınalmalarını keçmişdə olduğu kimi apara bilmərik. Gec və büdcədən artıq təhvil veriləcək qüsursuz sistemləri gözləmək üçün aylar və illər sərf etmək artıq mümkün deyil”, – deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ yeni texnologiyaların sürətlə tətbiqi üzərində işləyir, çünki bu, onlara düşmənlərinin qarşısını daha yaxşı almağa imkan verəcək.