Dünya

Deputat Rusiyayönümlü mövqeyinə görə vəzifəsindən uzaqlaşdırılıb


…Finlandiyanın Lappeenranta şəhər şurasının üzvü, Sol Qüvvələr Birliyi fraksiyasından olan İvan Devyatkin Rusiyayönlü mövqeyinə görə vəzifəsindən azad edilib.

SİA-nın məlumatına görə, bu barədə Yle teleradio şirkəti bildirib.

Qeyd olunur ki, Rusiya ilə Finlandiya arasında sərhədin bağlanmasının əleyhinə olan deputatın vəzifəsindən azad edilməsinə formal səbəb onun fraksiya iclasında səsini ucaldan zaman qeyri-adekvat davranışı olub.

…Mən buna görə üzr istədim və fraksiya bunu qəbul etdi: “Etiraf edirəm ki, səsimi ucaltmaqda səhv etmişəm”, – Devyatkin üzr istəyib və qeyd edib ki, ona konkret olaraq hansı cinayət törətdiyi barədə heç vaxt məlumat verilməyib. Bundan əvvəl Finlandiya Rusiya sərhədləri yaxınlığında beş min hərbçinin iştirakı ilə “Karelian Sword 25” hərbi təlimlərinə başlayıb.

Nazlı Almuradova