Rusiya ralli çempionatında sürücü qəza törədib
Rusiya ralli çempionatının Puşkin təpələri mərhələsində sürücü qəza törədib.
SİA-nın məlumatına görə, bu barədə turnirin promouteri ASMG öz saytında məlumat yayıb.
Pskov vilayətində yürüşün dördüncü xüsusi mərhələsində 35 saylı ekipajın şturmanı Nikita Severyuxin avtomobili trasdan çıxaraq qəzaya uğrayıb.
Ekipajın pilotu Konstantin Tarasov xəsarət almayıb. “Yarış direktoru çempionatın və Rusiya kubokunun promouteri ASMG və aparıcı komandalarla birgə məsləhətləşmələrdən sonra Puşkin təpələri – 2025 rallisini dayandırmaq və qalan xüsusi mərhələləri ləğv etmək qərarına gəlib”, – məlumatda deyilir. 41 yaşlı Severyuxin 2025-ci ildə idman ustası adını alıb.
Nazlı Almuradova