Month: May 2025

iki dost və tərəfdaş ölkə

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun yaratdığı reallıqlar nəticəsində Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi tanınır….

“Tramp Rusiya ilə bağlı planlarını dəyişir..?”

ABŞ prezidenti əsl məqsədinə doğru irəliləməyə başlayıb… …ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra deyib ki, Rusiya və Ukrayna sülh danışıqlarından çəkilməyi planlaşdırdıqları üçün müharibənin həllini özləri tapmalıdırlar. SİA-nın əldə etdiyi məlumata…

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyində keçirilən…

Edam prosesini diplomatik nümayəndəliyin iki əməkdaşı müşahidə edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 2023-cü il yanvarın 27-də terror hücumu həyata keçirmiş Yasin Hüseynzadənin edamının icra prosesini Azərbaycan səfirliyinin iki əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib. SİA-nın məlumatına görə, bu barədə Xarici…

Paşinyan Moskva ilə İrəvan arasında münasibətləri dəyərləndirib

Ermənistanın baş naziri Nikol Paşinyan bu il Moskva ilə İrəvan arasında münasibətləri müsbət qiymətləndirib. SİA-nın məlumatına görə, onun sözləri TASS-a istinadən xəbər verilir. Paşinyanın sözlərinə görə, onunla Rusiya prezidenti Vladimir Putin arasında fəal dialoq var və ölkələrin baş nazirlərinin müavinləri…

Rusiya ilə Ukrayna arasındakı DANIŞIQLARI POZMAĞA CƏHD EDƏNLƏR

Rusiya və Ukrayna arasında danışıqlar belə görünür ki, Avropa üçün əlverişsiz hesab olunur. Doğrudur, mayın 16-da İstanbulda Dolmabağça sarayında Rusiya ilə Ukrayna arasında olan danışıqlar son üç ildə Rusiya və Ukrayna nümayəndə heyətlərinin ilk dəfə üzbəüz danışıqları kimi tarixə düşdü,…

Rubio etiraf edir…

…ABŞ-ın bütün qlobal problemləri həll etmək iqtidarında olmadığını …ABŞ artıq bütün dünya problemlərini təkbaşına həll edə bilməz. SİA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Associated Press-in YouTube kanalında yayımlanan Nümayəndələr Palatasının müvafiq komitəsində dinləmələr…

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkənin aidiyyəti qurumları arasında hüquq sahəsində mövcud əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub. Ədliyyə Nazirliyində baş tutan görüş zamanı hüquqi…

Rusiya vilayətində, poliqonda atışma videoya çəkilib…

Yekaterinburqda poliqonda atışma baş verib və video lentə alınıb. SİA-nın məlumatına görə, E1.RU görüntüləri paylaşıb. Görüntülərdə qara gödəkçəli iki naməlum şəxsin qırmızı köynək geyinmiş adamı izlədiyi görünür. Sonra onlardan biri ona atəş açır. Qurban onlara torpaq atır və sonra qaçmağa…

Ruslar üçün ən təhlükəli turizm istiqamətləri açıqlanıb…

…Son zamanlar internetdə səyahət zamanı əziyyət çəkən ruslar haqqında getdikcə daha çox məlumat yayılır. Turistlər təhlükəli xəstəliklərə yoluxur, qəzalar törədirlər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, turoperatorlar hansı istiqamətlərin sağlamlıq üçün təhlükəli olduğunu açıqlayıb. Deməli, son hadisələr fonunda rusiyalı…