Month: May 2025

Ulu Öndərin doğum günü Rustavidə də qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Rustavidə də qeyd edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, xəbər verir ki, Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir…

Rubio gələn həftə Türkiyəyə səfər edəcək…

ABŞ dövlət katibi Marko Rubio Şimali Atlantika Alyansının qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün mayın 14-16-da Türkiyənin Antalya şəhərinə səfər edəcək. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib. Bəyanatda deyilir ki, Rubio NATO-nun…

Tramp-Netanyahu fikir ayrılığının səbəbi açıqlanıb…

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında münasibətlər son vaxtlar çox gərginləşib. SİA-nın məlumatına görə, NBC News anonim rəsmilərə və diplomatlara istinadən xəbər verir ki, buna İran və Qəzza zolağı ilə bağlı fikir ayrılıqları səbəb olub….

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində düşərgə mərhələsinə start verilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək,…

O, Putinin danışıqlar təklifini parlaq addım adlandırıb

…Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlar təklifi ilkin şərt olmadan 30 günlük atəşkəs təklif edən və sarsıdıcı sanksiyalarla hədələyən Britaniya, Fransa, Polşa və Almaniya liderlərinin bədxah davranışlarına parlaq cavab idi. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki,…

Bağdaddakı səfirliyimiz ziyarət edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın İraqdakı səfirliyi ziyarət edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, səfirlik, İraq Daxili…

Xüsusi hərbi əməliyyatın simvolu yandırılıb

Stavropol vilayətinin Kislovodsk şəhərində naməlum şəxs şəhərin girişindəki stelanın üzərindəki xüsusi hərbi əməliyyat simvolunu yandırıb. SİA xəbər verir ki, bu barədə şəhərin başçısı Yevgeni Moiseyev məlumat verib. …Bir əclaf giriş stelimizdə V hərfini yandırdı. Əməliyyat qrupu getdi və hadisə yerində…

Partiya lideri baş naziri Rusiyaya görə tənqid edir..?

…Britaniya İrs Partiyasının lideri Devid Kerten Böyük Britaniyanın baş naziri Keir Starmerin Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı bəyanatını tənqid edib. SİA-nın məlumatına görə, Kerten X sosial şəbəkəsində Londonun Rusiyaya qarşı tətbiq…

Məscid Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub

İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləri çərçivəsində məscidlərin bərpası və inşası da mühüm yer tutur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə…

ABŞ Putinin Ukrayna ilə bağlı təklifinə cavab verib

Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq X sosial şəbəkəsində yazıb. …Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh…