Month: May 2025

Hesablama Palatası ACCA ilə əməkdaşlıq edə bilər

Hesablama Palatası ilə Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında əməkdaşlıq imkanları müzakirə olunub. SİA bu barədə Palataya istinadən xəbər verir . Məlumata görə, qurumda ACCA-nın Avropa, Avrasiya, Yaxın Şərq, Şimali və Cənubi Amerika üzrə direktoru Maqdalena Hernandezin rəhbərlik etdiyi nümayəndə heyəti…

Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı çatıb

Mayın 29-da yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. SİA-nın verdiyi xəbərə görə, Bəylik kəndinin klub – icma mərkəzində ailələrin qarşılanma mərasimi keçirilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət…

“Yolun istifadəyə verilməsi regionların iqtisadi və sosial cəlbediciliyini artıracaq”

“Son illərdə Azərbaycan regionlarında yol infrastrukturu sahəsində həyata keçirilən irimiqyaslı layihələrdən biri də Bakı–İsmayıllı–Qəbələ avtomobil yolunun yenidən qurulması və genişləndirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, bu yolun bir hissəsi əsaslı şəkildə bərpa olunmuş, digər…

İyulda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu ilin iyul ayında Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası, habelə biznes forumun keçirilməsi razılaşdırılıb. Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə razılıq Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri…

ABŞ-Azərbaycan münasibətlərində yeni dövr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezident İlham Əliyevə 28 May- Müstəqillik Gününüz münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycanla ABŞ arasında əlaqələrdən və terrorizmə qarşı mübarizədən, enerji təhlükəsizliyinin inkişafından, Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ-la tərəfdaşlığımızdan söhbət açılır və…

Psixoloqa getmək: AYIB DEYİL, ZƏRURƏTDİR!

Müasir dövrdə stres, təşviş, emosional çətinliklər və həyatın sürətli tempi səbəbilə bir çox insan zaman-zaman özünü tükənmiş, bədbəxt və çarəsiz hiss edə bilər. Hələ də bəzi insanlar psixoloqa getməyi yalnız “çox pis vəziyyətdə olanların” etdiyi bir addım kimi görsələr də,…

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi zərərini azaldıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü ili 1,638 milyon manat xalis zərərlə başa vurub. SİA Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə azdır. Ötən il Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əsas əməliyyat…

Pakistan və Türkiyənin Laçın mesajı – Azərbaycan tək deyil!

Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu. Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar…

“Milli geyimdə gəzinti” – Mədəni irsimizi yaşadan addımlar

Azərbaycanın milli-mədəni kimliyinin təbliği istiqamətində həyata keçirilən unikal və davamlı layihələrdən biri olan “Milli geyimdə gəzinti” bu il 10 illik yubileyini qeyd edir. SİA xəbər verir ki, layihə ilk dəfə 2015-ci ildə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin təşəbbüsü…

İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş…