Month: May 2025

Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Zati-müqəddəsləri. Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında…

Qələbə Gününə həsr edilən silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb. SİA xəbər verir ki, virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Materialda…

“Dini-mənəvi müxtəlifliyin qorunması siyasətimizin istiqamətlərindən birini təşkil edir”

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yeni seçilmiş Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubunda…

“Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib

Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət…

Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Federal Kansler, Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə…

Sabahın hava proqnozu açıqlanıb

Mayın 10-u üçün hava proqnozu açıqlanıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi…

İlham Əliyev Daniel Noboa Azini təbrik edib

Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm…

Türkiyədə 311,5 kiloqram narkotik maddə ələ keçirilib

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlarda 311,5 kiloqram narkotik maddə ələ keçirilib. SİA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib Məlumata görə, Vanda keçirilən əməliyyatla 234 paket halında 126 kiloqram heroin və…

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,33 dollar və ya 2,10 faiz artaraq 64,58 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81…

Prezident İlham Əliyev “Baytarlıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycanda heyvanlar üçün bioloji preparat istehsalı ilə məşğul olan obyektlərin qeydiyyatı xərcləri artıq dövlət baytarlıq nəzarətinə tabe olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilməyəcək. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Baytarlıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.