“Hadisələr təkcə rəmzi xarakter daşımır”
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa prosesi sürətlə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bu çərçivədə bir gün öncə Laçın şəhərində iki mühüm tarixi hadisə baş verdi: “Birincisi, Laçın Beynəlxalq Hava…
Ali Məhkəmə qərar verib
Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. SİA xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan cinayət işi üzrə verilib. İşin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət…
“Hər bir insan ətrafında tanıdığı uşağa öz övladı kimi yanaşmalıdır”
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada uşaqların hüquqlarının qorunması, onların sağlam və xoşbəxt böyüməsi, təhsilə və sosial rifaha çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu əlamətdar gün münasibətilə Azərbaycanda həyata keçirilən uşaq yönümlü dövlət siyasətinə nəzər salmaq…
Azərbaycanda minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb
Son illərdə Azərbaycanda beş böyük sosial islahat paketi həyata keçirilib, minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 29-da Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə…
Baş prokuror Lənkəranda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyunun 3-də Lənkəranda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Kamran Əliyev cari il iyunun 3-də, saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Astara və Lerik rayon…
Meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilir
Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bununla bağlı Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur. Müvafiq…
“Gəncə Cihazqayırma Zavodu”nun səhmdarlarının yığıncağı keçiriləcək
Avqustun 23-də, saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, yığıncaq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında olacaq. Yığıncağın gündəliyi…
“Yeni yolun tikilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək”
“Bakı–Qəbələ yolu, həm kənd təsərrüfatı sahəsində çalışanlar, həm sənaye, həm də turizm sahəsində çalışanlar üçün çox əhəmiyyətlidir. Məsələn, Şəki, Zaqatala bölgəsinin iqtisadi rayonları, sonra Şirvan bölgəsindən daha rahat və daha qısa yolla Bakıya asanlaşacaq. Bu, həm də turizm sahəsi üçün…
Bakıda beynəlxalq konfrans keçirilir
Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfrans Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı və Dövlət Sosial Müdafiə Fondunun ev sahibliyi ilə baş tutur. Tədbirdə əmək və əhalinin sosial…
Qızılın qiyməti 3 300 dollardan aşağı enib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,83% azalaraq 3 294,7 ABŞ dollarına bərabər olub. COMEX-də…