Month: May 2025

Zelenski onları Kiyevə toplayır

Ukraynada ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın iştirakı ilə milli təhlükəsizlik üzrə müşavirlərin görüşü keçirilə bilər. SİA “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib. Ukrayna lideri bildirib ki, görüşün tarixi hələ müəyyənləşdirilməyib….

Bəzi çaylarda sululuq artıb

Respublika ərazisində bəzi çaylarda sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 04-ü saat 9:00-a olan məlumatına əsasən transsərhəd çaylardan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4 sm,…

Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür

“Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü zamanı deyib. “Sizinlə bu…

Ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava davam edir

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. SİA xəbər verir ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda…

Sahibə Qafarova TBMM-in sədrinə başsağlığı məktubu ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məktubda Milli Məclisin…

Bakının bu yollarında hərəkət tam məhdudlaşdırıldı

“Bakı Marafonu 2025” ilə əlaqədar bu gün saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılır. SİA xəbər verir ki, bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb….

Filippində avtomobil aeroportun girişinə çırpılıb

Filippinin paytaxtı Manila şəhərində naməlum avtomobil səhər saatlarında aeroportun girişinə çırpılıb. SİA xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, çoxlu sayda şəxs xəsarət alıb. Aeroportun mətbuat xidməti hadisə ilə bağlı şayiələrə inanmamağa çağırıb. Bildirilib ki, avtomobilin…

Şahzadə Harrinin Kral III Çarlzla bağlı müsahibəsi tənqidlərə səbəb olub

Sasseks hersoqu Şahzadə Harri atası Kral Çarlzın səhhəti ilə bağlı verdiyi açıqlamaya görə ciddi tənqid hədəfinə çevrilib. SİA xəbər verir ki, o, “BBC”yə verdiyi müsahibədə “atamın nə qədər vaxtı qaldığını bilmirəm” deyərək, kral ailəsi ilə münasibətləri və şəxsi hüquqi mübarizəsi…

Məşhur milyarder vəzifəsini tərk edir

94 yaşlı amerikalı investor Uorren Baffet bu ilin sonuna qədər “Berkshire Hathaway” konqlomeratının baş icraçı direktoru vəzifəsini tərk edəcək. SİA RBC-yə istinadla xəbər verir ki, bu barədə Baffet “Berkshire Hathaway” səhmdarlarının illik ümumi yığıncağında danışıb. Qeyd olunub ki, Baffet “Berkshire…

Bu gün leysan yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, mayın 3-dən 4-nə keçən gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli…