Month: May 2025

Milli Məclisin növbəti plenar iclası mayın 8-də keçiriləcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 8-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib. O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.

Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi prosesinə start verilib. SİA-nın Ombudsman aparatının mətbuat xidmətinə…

Naxçıvanda rəqəmsal radio yayımına keçirilməsi məsələsi müzakirə olunub

Audiovizual Şuranın nümayəndə heyəti Naxçıvandakı televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq-ölçmə işləri aparıb, bir sıra görüşlər keçirib. Bu barədə SİA-ya Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, Audiovizual Şuranın nümayəndələrinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvan TV” və “Naxçıvan Radiosu” proqramlarının…

Türkiyəli iş adamları Bakı Tekstil Fabrikində olublar

Türkiyənin Trabzon şəhərindən olan Trabzon Ticarət və Sənaye Odasının (Trabzon TTSO) nümayəndə heyəti – türk iş adamları Azərbaycana səfərləri çərçivəsində Bakı Tekstil Fabrikində olublar. SİA xəbər verir ki, qonaqları fabrikin kommersiya rəhbəri Elçin Babayev qarşılayaraq, onlara müəssisənin fəaliyyət istiqamətləri və…

“Pezeşkianinin səfəri uğurlu nəticələrlə yaddaşlarda qaldı”

“İran prezidenti Məsud Pezeşkianinin Azərbaycana səfəri çox uğurlu nəticələrlə yaddaşlarda qaldı. Həm imzalanan sənədlər, həm keçirilmiş görüşlər və əldə olunan razılaşmalar Azərbaycan və İran arasındakı münasibətlərin inkişafına töhfə verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə,…

Sabah Bakıda 22, bölgələrdə 23 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində…

Aldadıcı bank reklamları nə zamana kimi davam edəcək?

“Azərbaycanda bank faizləri bir çox ölkələrdən olduqca yüksəkdir. Yəni fantastik rəqəmlərlə faizlər olur. Bu faizlər 30,35 və hətta 40 faizə qədər gəlib çıxır. Düzdür reklamlarda görürsən ki, 11 faiz, 13 faiz, 14 faiz göstərilir. Amma vətəndaş banka yaxınlaşdıqdan sonra fərqli…

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə…

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə cüzi artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 % artıb, son…

“İslahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur”

Mənə östərilən yenidən etimadla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə özüm və porokurorluq orqanları əməkdaşları adından dərin təşəkkürümü bildirirəm. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror Kamran Əliyev deyib. Kamran Əliyev namizədliyini dəstəklədiyi…