Month: May 2025

Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç çatıb

Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç karvanı çatıb. SİA xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə cəmi 89 ailə (363 nəfər) köçürülüb.

“United Airlines” iyunun 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək

ABŞ-nin “United Airlines” aviaşirkəti iyunun 5-dən Nyu-Yorkdan Təl-Əvivə uçuşları bərpa edəcək. SİA “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilib. Qeyd olunub ki, bu qərar vəziyyətin ətraflı qiymətləndirilməsi, həmçinin bort bələdçiləri və pilotların maraqlarını təmsil…

Apreldə “Duty Free”də Dubay şokoladının satışı 8 milyon dollar təşkil edib

Dubayda rüsumsuz ticarət mağazasında (Duty Free) aprel ayında məşhur Dubay şokoladının satışı 7,84 milyon dollar təşkil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəbəkənin saytında məlumat verilib. “Apreldə Dubay şokoladının satışları 7,84 milyon dollara çatıb ki, bu…

Türkiyə və Gürcüstan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət edib

Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət ediblər. SİA xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər. Qonaqların diqqətinə çatdırılıb ki,…

Azərbaycan bu il meyvə-tərəvəz ixracından 207 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 206 milyon 682,37 min ABŞ dolları dəyərində 175 min 321,83 ton meyvə və tərəvəz ixrac edilib. SİA Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri…

Azərbaycan səfiri Keniyanın müvafiq qurumu ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Joys Sitienei ilə görüşüb. SİA xəbər verir ki, Beynəlxalq Mərkəzin iqamətgahında baş tutmuş görüş zamanı səfir tərəfindən xanım direktora səfirliyin fəaliyyət…

Müstəqilliyin və Milli Birliyin Zirvəsi

2025-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində keçirilən Müstəqillik Günü tədbirində çıxış etdi. Bu çıxış, Azərbaycanın dövlət müstəqilliyinin gücünü, ərazi bütövlüyünün bərpasını və gələcəyə doğru inamla atılan addımları əks etdirən tarixi bir hadisə kimi yadda…

Kürdə suyun səviyyəsi 23 sm, Arazda 37 sm artıb

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb. Bu barədə SİA-ya Milli Hidrometeologiya Xidmətindən məlumat verilib. Bildirilib ki,…

Sabah 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi…

“Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub

Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, İctimai şuranın nümayəndələri, sahə üzrə ekspertlər və media nümayəndələri iştirak ediblər. “Milli Hakaton”un…